Həcc ziyarəti zamanı dünyasını dəyişən zəvvarların sayı 1100 nəfəri ötüb

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı dünyasını dəyişən zəvvarların sayı 1100 nəfəri keçib ki, onların da yarıdan çoxu Misir vətəndaşlarıdır.

Bu barədə TASS-a bir sıra ərəb ölkələrinin Səudiyyə Ərəbistanındakı diplomatik nümayəndəliyindəki mənbələr məlumat verib.

Məlumata görə, Həcc ziyarəti zamanı 672 misirli zəvvar dünyasını dəyişib, onlardan yalnız 31 nəfərinə Səudiyyə Ərəbistanı hakimiyyəti tərəfindən xüsusi viza verilib. Qalanları isə zəvvar kimi qeydiyyata alınmayıb və qeyri-qanuni Həcc ziyarəti ediblər.

Bildirilib ki, qeydiyyatdan keçməyən zəvvarlar kondisionerli istirahət obyektlərindən istifadə edə bilməyiblər və hüquq-mühafizə orqanlarının əməkdaşlarının Həcc vizalarını yoxladıqları keçid məntəqələrindən yayınaraq açıq günəş altında uzun gəzintilər etməyə məcbur olublar. Həddindən artıq istilər zamanı zəvvarlar xroniki xəstəliklərin ağırlaşması və fiziki yorğunluq səbəbindən dünyasını dəyişib. Ölümlərin böyük əksəriyyəti yaşlı insanlar arasında baş verib.

Qeyd edək ki, Məkkədə gündüz havanın temperaturu demək olar ki, 52 dərəcəyə çatıb.

Əvvəlki məqalə

Sovet vətəndaşı olan azərbaycanlılar Həccə necə gediblər?–

Sonrakı məqalə

Dağıstanda silahlı toqquşma davam edir, ölənlərin sayı 9-a çatıb –