“Həkim rəyindən sonra seçkidə iştirakla bağlı yekun qərarımı verəcəyəm”- Fəzail Ağamalı

“Ana Vətən Partiyasının növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərarı gələn həftə olacaq”.

Bunu VI çağırış Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.

Partiya sədri bildirib ki, artıq ilkin müzakirələr aparılıb, namizədlər demək olar bəllidir: “Partiyanın Seçki Qərargahını yaratmışıq və səlahiyyətli nümayəndələrimizi Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etmişik. Namizədlərin irəli sürülməsi məsələsini isə partiyanın gələn həftə keçiriləcək iclasında müzakirə edəcəyik”.

Fəzail Ağamalı seçkidə iştirak edib-etməyəcəyi məsələsinə də aydınlıq gətirib: “Belə niyyətim var, ancaq səhhətimdə ciddi problem yaranıb. 3 il qabaq ürəyimdən əməliyyat olunmuşdum. İndi yenə ürəyimdə problem yaranıb. Danışanda da təngənəfəs oluram. Ona görə bu günlərdə Türkiyəyə həkimə gedib yekun qərarımı verəcəyəm. Həkimin rəyindən sonra iştirak edib-etməyəcəyimlə bağlı qərarımı qəbul edəcəm”(apa).

Əvvəlki məqalə

Ermənistan və ABŞ bu tarixdə birgə hərbi təlimlər keçirəcək

Sonrakı məqalə

“NATO-nun Ukraynada əməliyyata hazırlaşması Alyans üçün intihara bərabərdir”