Hələbdə Azərbaycan şairi Nəsiminin məzarını ziyarət qadağan edilib- FOTO/VİDEO

Hələbdə Azərbaycan şairi Nəsiminin məzarı bağlanıb.
Azpost.info bildirir ki, bu barədə Suriyada səfərdə olan jurnalist, “Haqqın.az” saytının rəhbəri Eynulla Fətullayev məlumat verib.
Onun sözlərinə görə, Hələbdə  hakimiyyətdə olan “Təhrir aş-Şam” qruplaşması Azərbaycan şairi Nəsiminin məzarına girişi qadağan edib.
“Bu böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsminin məqbərəsidir. Nəsimi soyundan gələn Bəşər Nəsimini də tapdım. Ailə məqbərənin yanında yaşayır. 2015-ci ildə İŞİD Nəsiminin məqbərəsini dağıtmışdı. Şəhər azad olunduqdan sonra Nəsimi ailəsi məzarı bərpa edib.
Hazırda Hələbdə hakimiyyəti zəbt etmiş Tahrir aş-Şam məqbərələrə, o cümlədən Nəsiminin məzarına girişi qadağan edib”-deyə jurnalist yazıb.

Əvvəlki məqalə

Bu il paytaxt məktəblərində 52 məzun qızıl və gümüş nişana layiq görülüb

Sonrakı məqalə

“13 ildə Suriyaya 33 milyard avro xərcləmişik”