Həkimlər Şumaxeri “Mercedes” motoru ilə müalicə edirlər

Mixael Şumaxerin Fransa Alp dağlarında dəhşətli qəzaya uğramasından on il keçsə də Formula 1 üzrə yeddiqat dünya çempionu haqqında hələ də çox az məlumat var.

Azpost.info-nun məlumatına görə, alman mətbuatı yazır ki, həkimlər “Mersedes” AMG mühərrikinin səsindən istifadə edərək innovativ üsulla onun beynini stimullaşdırmağa çalışırlar. Mixael Şumaxer bir neçə AMG avtomobilinə sahib olub. 2010-cu ildən isə o, AMG mühərrikli Mercedes avtomobillərində Formula 1-də yarışıb.

Fransanın Meribel kurortunda xizək sürərkən dəhşətli qəzaya uğrayan Mixael Şumaxerə son on il ərzində gecə-gündüz qulluq edilib.

Ailə onun ətrafında alınmaz bir qala çəkib. Bu qala divarları arxasından yarışçının vəziyyəti haqqında heç bir məlumat amaq olmur. Bu on il ərzində bizə yalnız o məlumdur ki, Cenevrə gölünün sahilindəki evində Şumaxerə gecə-gündüz 15 həkim, masajçı və köməkçidən ibarət bir qrup tərəfindən baxılır.

Mercedes-AMG avtomobilləri Şumaxerin reabilitasiya proqramının bir hissəsi olub. Bununla həkimlərin məqsədi çempionun beynini onun otuz illik yarışda eşitdiyi tanış səslərlə stimullaşdırmaqdır.

Şumaxerin həyat yoldaşının Şumaxerlə və ailəsi ilə ünsiyyətdə ciddi qaydalar var. FIA-nın keçmiş prezidenti və Ferrari-nin baş icraçı direktoru Cin Todd Şumaxeri evində ziyarət etməyə icazə verilən nadir insanlardan biridir. Siyahıya onun qardaşı, 48 yaşlı Ralf Şumaxer də düşüb.

Azpost.info

Əvvəlki məqalə

“Harri Potter” insanların oxuduğu son kitab olacaq –

Sonrakı məqalə

Bakıda 15 yaşlı qız itkin düşüb