“Hərbi əməliyyatlarda durğunluq başlayıb” –Zelenski səbəbi açıqladı

“Silah tədarükündə gecikmələr səbəbindən hərbi əməliyyatlarda durğunluq başlayıb”.

Azpost.info bildirir ki, bu barədə Ukrayna lideri Zelenski İtaliyanın RAI dövlət televiziyasına müsahibəsində bildirib.

“Silahların tədarükündə gecikmələr olduğu üçün durğunluq var. Bu, səhvlərə gətirib çıxarır”, – Zelenski qeyd edib.

Eyni zamanda, o, Kiyevin təkcə Qərb müttəfiqlərindən olan sursatlara deyil, həm də müasir hərbi texnikaya ehtiyacı olduğuna diqqət çəkib.

Əvvəlki məqalə

ABŞ Senatı Ukraynaya ayrılacaq yardımın məbləğini açıqlayıb

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri