Həyat yoldaşı Messinin Səudiyyə klubuna keçməsini istəmir –1 milyard avrodan imtina edir

Lionel Messinin Səudiyyə Ərəbistanına transferində maneə yaranıb.

Apasport.az saytı xəbər verir ki, PSJ-nin hücumçusunun həyat yoldaşı Antonella Rokuzzo futbolçunun “Əl-Hilal”a keçməsini istəmir.

Avropa qitəsində qalmağa üstünlük verən xanım Rokuzzo üç azyaşlı oğlu ilə Ərəbistan yarımadasına getməyin əleyhinədir.

Ərəblərin 3 illik müqavilə qarşılığında 1 milyard avro təklifini düşünən 35 yaşlı argentinalı superulduz ailəsini bu transferə razı salmağa çalışır.

Hazırda keçmiş komandası “Barselona”ya geri qayıtmaq şansı da olan forvard hələlik “Əl-Hilal”ın təklifinə cavab verməyə tələsmir.

Əvvəlki məqalə

Prezident Şuşada Mehmandarovların malikanəsinin açılışını edib

Sonrakı məqalə

“Qələbə paradında Putin Qərbə yenidən “qılınc yellədi”