Hacı Əliyev və Mariya Stadnik İslamiadanın ikiqat qalibi olub

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

65 kq-da yer alan idmançı həlledici qarşılaşmada Albaniya təmsilçisi Zəlimxan Abakarovla üz-üzə gəlib.

Rəqibini vaxtından əvvəl “tuşe” ilə məğlub edən Əliyev ardıcıl 2-ci dəfə islamiadanın qalibi olub.

O, daha əvvəl 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında qızıl medala sahib çıxmışdı.

*******

Azərbaycanı Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın güləşçi Mariya Stadnik final görüşünə çıxıb.

50 kq çəki dərəcəsində rəqib özbəkistanlı Jasmina İmmayeva olub. Görüş Stadnikin vaxtından əvvəl 10:0 hesablı təmiz qələbəsi ilə başa çatıb.

Beləliklə, o, karyerasında ikinci dəfə İslamiadanın qalibi olub. Daha əvvəl o, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanmışdı(report).

Əvvəlki məqalə

Bakıda 124 avtobusun hərəkət intervalında gecikmə var

Sonrakı məqalə

Avropa İttifaqının Rusiyaya qarşı kömür embarqosu bu gecə qüvvəyə minir