Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən 8 seriyalı film çəkilir

Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən “Himayədar” çoxseriyalı filmi gələn il təhvil veriləcək.

Bu barədə III “Korkut Ata” Film Festivalı ilə əlaqədar keçirilən zirvə görüşündə məlumat verilib.

Qeyd olunub ki, 120 çəkiliş gününün artıq 85-i çəkilən filmin ümumilikdə 8 seriyadan ibarət olacağı nəzərdə tutulub. Hər seriya 1 saat davam edəcək. Sözügedən layihədə 1600 nəfərlik heyət çalışır.

Film Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilir.

Tədbirdə həmçinin “Hadrut, sən azadsan” filminin də çəkilişlərinin artıq yekunlaşdığı və gələn ay təhvil veriləcəyi qeyd edilib. (APA)

Əvvəlki məqalə

“Çeçen döyüşçüləri Fələstinə göndərə bilərik”

Sonrakı məqalə

Azərbaycan səfirliyində terror törədən şəxs barəsində yekun qərar verilməyib