Hacıqabul -Qalmaz qaz xəttində baş verən yanğın söndürülüb –

FOTO - VİDEO - YENİLƏNİB
08 Avqust 2020 - 00:15

Hacıqabul-Qalmaz qaz kəmərində yanğın avqustun 7-də saat 20.35-də Hacıqabul rayonu ilə sərhəd olan Abşeron rayonunun çöllük ərazisində qeydə alınıb.

Hacıqabul magistral qaz kəmərləri sahəsindən Qalmaz yeraltı qaz anbarını birləşdirən 750 mm diametrlik yüksək təzyiqli qaz kəmərində baş verən yanğın 3 saata qədər davam edib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşları cəlb olunub.

Boru xəttində qazın verilişi dayandırılıb və təxminən 23.30-da kəmərdə yanğın söndürülüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları,  “Azəriqaz” ASC-nin mütəxəssisləri və məsul şəxslər cəlb olunub.

Qəzanın başvermə səbəbləri araşdırılır. Hadisə nəticəsində xəsarət alan olmayıb. (APA)

**

Hacıqabul rayonu ərazisindən keçən diametri 750 mm-lik Hacıqabul-Qalmaz qaz boru xəttində partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

**

lkin məlumata əsasən, Hacıqabul rayonunda çöllük ərazidə qaz xəttində yanğın baş verib.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

**

Hacıqabul rayonu ərazisində yanğın başlayıb.

Hadisə Nəvai qəsəbəsində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib.(APA)