Haitinin keçmiş prezidentinin qətlində arvadının əli ola bilər

Haitinin öldürülmüş keçmiş prezidenti Jovenel Moizin həyat yoldaşı onun qətlində şübhəli bilinənlər siyahısındadır.

Azpost.info xəbər verir ki, bu barədə “New York Times” məhkəmə sənədlərinə istinadən yazıb.

Keçmiş birinci xanım Martin Moizin ifadələri ilə digər şahidlərin ifadələri arasında ziddiyyət olub.

Haiti prokuroru 2021-ci ildə prezident Jovenel Moizə sui-qəsdlə bağlı 70 nəfərə qarşı ittiham irəli sürülməsini tövsiyə edib. Təqsirləndirilənlər siyahısında kolumbiyalı əsgərlər və Haiti hökuməti məmurları arasında gözlənilməz bir ad var: keçmiş birinci xanım.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.