Hakan Fidan Laçın yolunda baş verənlərə münasibət bildirib

Türkiyə xarici işlər naziri Hakan Fidan Laçın yolunda baş verən hadisələrə münasibət bildirib.

Bu barədə Hakan Fidan Ceyhun Bayramov ilə birgə mətbuat konfransı zamanı danışıb.

Türkiyəli nazir bildirib ki, Laçın yolu ilə bağlı Azərbaycana qarşı iddialar haqlı deyil:

“Tibbi keçid təmin edilir, humanitar yardımlar təmin edilir. Laçın yolu Azərbaycan torpağıdır və Azərbaycan hansı tədbiri istəsə, Laçında həyata keçirə bilər”, o deyib. (APA)

Əvvəlki məqalə

Yaxınları Sürət Hüseynov barədə səhv məlumat yayıb –

Sonrakı məqalə

Güclü Türkiyə – güclü Azərbaycan, güclü Azərbaycan – güclü Türkiyədir