“Haniyə qısamənzilli raketlə vurulub”- HƏMAS

Aparılan araşdırmalar nəticəsində HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Haniyənin qısamənzilli raketlə vurulduğu bəlli olub.

Bu barədə İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) yaydığı bəyanatda bildirilir.

SEPAH bildirib ki, qısamənzilli raketin ağırlığı təxminən 7 kiloqram olub və güclü partlayış qonaqların yerlədiyi məkandan kənarda baş verib.

Xatırladaq ki, İsmayıl Haniyə iyulun 31-nə keçən gecə Tehranda öldürülüb. HƏMAS liderinə hücum onun İran prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirakından sonra baş verib(trend))

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.