Harris Konqresi ərzaq qiymətlərinin artımına qadağa qoymağa çağıracaq- Tarixdə ilk dəfə

ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris Konqresi tarixdə ilk dəfə olaraq ərzaq qiymətlərinin artırılmasına dair federal qadağanı qəbul etməyə çağıracaq.

Azpost.info xəbər verir ki, bu barədə “Politico” qəzeti Harris kampaniyasının anonim nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, vitse-prezident bu barədə avqustun 16-da Şimali Karolinada çıxışı zamanı məlumat verəcək.

Eyni çıxışında o, qarşıdan gələn seçkilərdə qalib gələrsə, prezidentliyinin ilk 100 günü üçün fəaliyyət planını açıqlayacaq.

Harrisin məqsədi ərzaq qiymətlərinin artması ilə mübarizə aparmaq və amerikalıların gündəlik xərclərini azaltmaqdır.

Nəşr yazır ki, bu planın bir hissəsi olaraq Harris ABŞ-ın Federal Ticarət Komissiyasına və ştatın baş prokurorlarına qiymət artımı hallarını araşdırmaq və federal qadağanı pozan şirkətlərə cərimələr tətbiq etmək barədə göstəriş verməyi planlaşdırır.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Qars dəhlizi ilə bağlı birgə şirkət yaradıb

Sonrakı məqalə

“Provayderlər qiymət artımında israrlıdır” –