“Kamala Harrisin seçdiyi Tim Uolz ABŞ-ın növbəti vitse-prezidenti olarsa, amerikalıları “cəhənnəm” gözləyir”.
Azpost.info xəbər verir ki, bunu Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib.
“Tim Uolz tarixin ən pis vitse-prezidenti olardı. Bu adam ətta Kamala Harrisdən də pisdir. O, yer üzündə cəhənnəmi yaradacaq və sərhədlərimizi ən təhlükəli cinayətkarlar üçün açacaq”, – Tramp bildirib.
Tramp özü Respublikaçılar Partiyasından ABŞ-ın vitse-prezidentliyinə namizəd kimi Ohayodan olan senator Ceyms Devid Vensi seçib.
Azpost.info