Temperatur 10-12 dərəcə enəcək, çovğun olacaq- XƏBƏRDARLIQ

Yanvarın 8-dən başlayaraq 12-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığında bildirilib.

Məlumata görə, ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi yanvarın 7-si axşamdan 10-u gündüzədək arabir güclənəcək. Çovğun olacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlıq rayonlarda isə gecə 10-15° şaxta, gündüz 5-8° şaxta olacaq. Yollar buz bağlacaq.

Əvvəlki məqalə

Müavinət və təqaüdlərin artırılması üçün prezidentə təkliflər təqdim ediləcək

Sonrakı məqalə

Ümumdünya Antidopinq Agentliyi Rusiyadan 1,267 milyon dollar tələb edir