Havanın temperaturunun ciddi dərəcədə azalacağınız gözləmirik- Umayra Tağıyeva

Hava ilə bağlı daha etibarlı proqnozlar 3-4 günlük, bir həftəlik olur.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva qlobal iqlim dəyişmələri mövzusunda keçirilən dəyirmi masada deyib. O bildirib ki, bundan daha uzun müddətə nəyisə söyləmək dəqiq deyil. Bu, ancaq fərziyə ola bilər. Lakin qış fəsli üçün bütün qurumların hazırlıq işləri aparması təqdirəlayiqdir. Çünki gözlənilmədən iqlim dəyişmələri fonunda hava sürprizləri ilə qarşılaşırıq.

Noyabr ayında temperaturun normadan 7 dərəcə yüksək olması gözlənilmirdi. Lakin belə oldu. Buna görə bu il qış fəslində soyuq dövrlər də istisna edilmir. Lakin yaxın həftə, on gün ərzində biz hələ ki, havanın temperaturunun ciddi dərəcədə azalacağınız gözləmirik”.

Əvvəlki məqalə

Səudiyyə Ərəbistanında Kriştiano Ronaldonun muzeyi açılıb

Sonrakı məqalə

Sabah hava necə olacaq?