“Hazırladığımız siyahını Əfv Komissiyasına vermişik” –Novella Cəfəroğlu

“Əfv sərəncamı Novruz bayramında, yaxud da mərhum prezidenti Heydər Əliyevin 100 illiyində verilə bilər”.

Bu barədə Azpost.info-ya Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Komitəsinin sədri hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib.

“Konkret nə vaxt əfv olacağı dəqiq deyil. Amma olacaq. Biz də siyahımızı təqdim etmişik. Ümid edirəm ki, nəhayət biz bu məsələləri bitircəyik. Avropa strukturlarının, beynəlxalq təşkilatların bu məsələdən Azərbaycana qarşı istifadəsinə son qoyulacaq”, – deyə hüquq müdafiəçisi vuğulayıb.

Novella Cəfəroğlu onu da qeyd edib ki, Əfa Komissiyasına təqdim etdikləri siyahıda siyasi məhbus kimi qeyd edilən bütün şəxslərin adı var. “Jurnalistlər, bloggerlər, siyasi fəallar, hamısı orada var”, – deyə Cəfəroğlu bildirib.

H.ABBAS

Əvvəlki məqalə

Daha bir müntəzəm marşrut xətti “BakuBus”a həvalə edilib

Sonrakı məqalə

“Ərzaq təhlükəsizliyinə təhdid var”