“Heç kim deyə bilməzdi ki, belə hesab olacaq” –“Olimpiakos”un baş məşqçisi

“Oyunla bağlı müəyyən planlarımız var idi. Onu 70-ci dəqiqəyə qədər həyata keçirdik”.

Bu sözləri “Olimpiakos”un baş məşqçisi Miçel Qonsales deyib.

O, Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları oyundan danışıb:

““Qarabağ” hesabı açdıqdan sonra planlarımız pozuldu. Ondan sonra hər şey dəyişdi. Ardınca fərdi səhvlərimiz oldu. Bundan sonra isə hər şey itirilmişdi. 70-ci dəqiqəyə qədər heç kim deyə bilməzdi ki, belə hesab olacaq”. (Qafqazinfo)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.