“Heç nəyə pul olmayacaq”- Mask ABŞ-ın iflasını proqnozlaşdırdı

ABŞ milli borcu artmaqda davam edərsə, əsas xidmətlər üçün ödəniş edə bilməyəcək.

Azpost.info xəbər verir ki, bu barədə İlon Mask öz sosial şəbəkəsində bildirib.

O xəbərdarlıq edib ki, ölkə iflasla üzləşə bilər.

“Əgər biz dövlət borcunun eksponensial artımı ilə məşğul olmasaq, heç nəyə, o cümlədən əsas xidmətlərə pul olmayacaq!” – Mask deyib.

İlon Maska ABŞ-ın seçilmiş prezidenti Donald Trampın administrasiyasında Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri vəzifəsi təklif olunub.

Azpost.info

Əvvəlki məqalə

Əmtəə bazarlarında qızıl bahalaşıb

Sonrakı məqalə

Azərbaycan nefti ucuzlaşıb