“Fransa İsraildən Qəzza zolağında hərbi əməliyyatının məqsədlərini dəqiqləşdirməsini istəyir”.
Azpost.info xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.
Onun sözlərinə görə, Təl-Əviv HƏMAS-ın məhv edilməsindən başqa digər tapşırıqları da elan etməlidir. Makron hesab edir ki, əks halda münaqişə uzun illər uzana bilər.
“HƏMAS-ın tamamilə məhv edilməsi nədir və kimsə bunun mümkün olduğunu düşünürmü? Məqsəd bu olsa, müharibə 10 il davam edəcək”, – Makron bildirib.
Azpost.info