Hesablama Palatası büdcə ilə bağlı 2 sənəddən narazı qalıb

03 İyun 2020 - 17:00

“2019-cu il dövlət büdcəsi haqqında” qanunla müəyyən edilmiş gəlir mənbələri üzrə daxilolmalar “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və müvafiq illik hesabata tam daxil edilməyib, bu və il ərzində qanunla təsdiq edilmiş gəlir mənbələri üzrə aparılmış dəyişikliklər büdcənin icrasına dair təqdim edilmiş hesabatlar arasında fərqlərin yaranmasına səbəb olub.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının sözügedən qanun layihəsinə və hesabata verdiyi Rəydə bildirilir.

Rəyə əsasən, büdcəyə dair qanunla 23,2 milyard manat məbləğində təsdiq edilmiş gəlirlərin tərkibinə dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun 57,8 milyon manat vəsaiti təsdiq olunsa da, büdcənin icrasına dair qanun layihəsində və hesabatda bu Fondun 180,2 milyon manatlıq illik daxilolmaları büdcə gəlirlərini aid edilməyib, eyni zamanda Fond üzrə təsdiq edilmiş proqnoz məbləği də büdcə gəlirlərinin digər təsnifat kodları üzrə dəqiqləşdirilmiş proqnozları arasında bölüşdürülüb.