Heyvana işgəncə verən şəxslər həbs ediliblər

Ötən gün vəhşi heyvana qarşı qəddarlıq göstərərək nümayişkaranə surətdə sosial şəbəkədə videogörüntülər yayan şəxslərin tapılması məqsədilə polis əməkdaşları tərəfindən dərhal araşdırmalara başlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, görülmüş tədbirlərlə bu əməli törədənlərin Sabirabad rayon sakini Cəsarət Bayramov və Neftçala rayon sakini Kənan Dünyamalıyev olmaları müəyyənləşdirilib və onlar saxlanılıblar.

Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə protokol tərtib olunub.

Həmin şəxslər saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən əməl etmədiklərinə və xuliqanlıq hərəkətlərinə yol verdiklərinə görə C.Bayramov və K.Dünyamalıyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələrinə əsasən protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs inzibati qaydada 30 sutka həbs edilib.

Əvvəlki məqalə

Fransada meymunçiçəyinə qarşı peyvənd mərkəzi açılıb

Sonrakı məqalə

Parkda yumruqla döyülən şəxs xəstəxanada ölüb