Hikmət Hacıyev Britaniya səfiri ilə görüşüb

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Bu barədə britaniyalı diplomat “Twitter“də bildirib.

“Prezidentin köməkçisi Hikmət Hacıyevlə mühüm görüşüm oldu. Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəisinin qətlə yetirilməsi ilə əlaqədar Britaniya hökumətinin başsağlığını çatdırdım. Biz mühüm regional təhlükəsizlik və humanitar məsələləri də müzakirə etdik”, – səfir vurğulayıb.

Əvvəlki məqalə

“Səfirlik diplomatik korpusların olduğu rayondadır, terrorçu ora necə gəlib?” –

Sonrakı məqalə

“Razılıq olmasa heç kim belə hadisə törətməyə cürət etməz” –