Hikmət Hacıyev Ermənistan parlamentinin sədrinə cavab verib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan parlamentinin sədri Alen Simonyana cavab verib.

Hikmət Hacıyev “Twitter” hesabında Simonyanın ittihamına cavab verib.

“Ermənistanın siyasi rəhbərliyi sözlə oynamaq əvəzinə, Laçın yolu ətrafında beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş manipulyasiya, dezinformasiya və yanlış məlumatlandırma oyunlarına, təbliğat kampaniyasına son qoymalıdır! Ağdam-Xankəndi yolu hər növ çatdırılma üçün açıqdır!”, – Hikmət Hacıyev paylaşımında qeyd edib.

Əvvəlki məqalə

Rusiya-Afrika sammitində Patriarx Kirilə qeyri-adi portret hədiyyə edilib

Sonrakı məqalə

2023-cü ilin iyulu dünya tarixində ən isti ay olacaq