ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton 2020-ci ildə prezident seçkilərinə qatılacağını istisna etməyib. Azpost.info  BBC-yə istinadən bildirir ki, Klinton radioya müsahibəsində namizəd olmağı hələ planlaşdırmadığını deyib, amma eyni zamanda hadisələrin gedişində bunun istisna etmədiyini vurğulanıb. “Heç vaxt “heç vaxt” demə” deyirəm”-deyən Klinton qeyd edib ki,  ətrafı ona 2020-ci ildəki seçki marafonuna qatılmaq üçün təzyiq edirlər. “Amma hazırda bu mənim planıma daxil deyil” -  deyə sabiq dövlət katibi vurğulayıb. ABŞ-da 59-cu prezident seçkisi 3 noyabr 2020-ci ildə keçiriləcək. Partiya fəallarının ilk iclası 2020-ci ilin fevralında Ayova ştatında başlayacaq. Demokrat Partiyasının namizəd irəli sürüləcək iclası 13-16 iyul tarixlərində Viskonsin ştatında baş  tutacaq. Respublikaçılar isə qurultaylarını Şimali Karolina ştatında 24-27 avqustda  keçirəcəklər. Azpost.info