Hind rejissoru Bakıya gətirdiyi aktrisaya təcavüz etmək istədi –Oteldə film kimi əhvalat, Mehrin Şahdan AÇIQLAMA /FOTO

Pakistanlı kino aktrisa Mehrin Şah Bakıda oteldə seksual zəmində qısnamalara məruz qaldığını açıqlayıb. 

Azpost.info bildirir ki, aktrisa bu barədə instagramda paylaşım edib.

Onun sözlərinə görə, Hindistan kino rejissoru Sayed Ehsan Ali Zahidi və prodüser Rac Qupta ilə birlikdə Azərbaycana film çəkilişləri ilə bağlı gəlib.

Otelə yerləşdikdən sonra kişilərin hərəkətlri qəfildən dəyişib. Gənc aktrisa ağlaya-ağlaya danışıb ki, rejissor və prodüser ona cinsi zəmində sataşmağa başlayıblar.

Mehrin Şah həmçinin deyib ki, onlar otelə fahişə də dəvət ediblər.

Aktrisa bu paylaşımı digər aktrisaları xəbərdar etmək niyyəti ilə etdiyini bildirib.

“Mən Bakıya Ehsan Ali Zahidi və Rac Qupta ilə çəkilişlər üçün gəlmişdim. Amma otelə gəldikdən sonra onlar öz davranışlarını tam dəyişdilər. Mənimlə pis rəftar etməyə başladılar. Ona görə ki, mən onların tələblərini rədd etdim. Bu mənim üçün dəhşətlidir. Heç bilmirəm ki, onlar bura film çəkməyə gəliblər yoxsa ayrı niyyətləri olub”-deyə aktrisa bildirib.

Mehrin Şah deyib ki, oteldə ona yemək də verməyiblər. Bundan başqa Ali Zahidi və Qupta aktrisa üçün geriyə dönüş bileti almaqdan imtina edirlər. Mehrin Şah bildirib ki, bu rejissor və prodüseri bir daha görmək istəmir və geriyə tək qayıdacaq.

Azpost.info

 

 

Əvvəlki məqalə

Vətəndaşlar bahalığın səbəbini nədə görür? –

Sonrakı məqalə

“Müxalifətlə dialoq davam edir, görüşlər olacaq” –