Hind kinosuna çəkilmiş azərbaycanlılar –Aktyorlarımız əcnəbi filmlərə dəvət alır /FOTOLAR

Azərbaycan Aktyorlar Agentliyinin (actorsagency.az) xarici film istehsalçıları ilə əməkdaslığı nəticəsində son illərdə azərbaycanlı aktyorlar xarici filmlərin çəkilişlərində iştirakı intensiv hal alıb.

Azpost.info bildirir ki, bu barədə kinoinfo jurnalı məlumat verib.

2013-cü ildən fəaliyyət göstərən Agentlik Azərbaycan aktyorlarının film istehsalçıları ilə münasibətlərinin qurulması istiqamətində işləyir. Bura kastinq, müqavilələrin tərtibi və iş şərtlərinin razılaşdırılması daxildir. Son bir ildə Azərbaycan aktyorların Agentliyin vasitəsi ilə çəkildiyi əcnəbi filmlərin siyahısını təqdim edirik.

 

İLMİN ADI İSTEHSALÇI NÖV JANR İŞTİRAK EDƏN AKTYORLAR
Aktyor Rusiya Bədii serial döyüş, detektiv Fəxrəddin Manafov
Canım Qazaxıstan Qazaxıstan Bədii film komediya, melodram Sənubər İsgəndərli
Cəhd etmək Hindistan Bədii film melodram, döyüş Kazım Abdullayev, Rövşən Kərimduxt, Vüsalə Ağayeva, Tural Əhməd
Diplomat-2 Rusiya Bədii serial melodram Ləman İmanova
Ərik acısı Rusiya Bədii serial melodram Hüsniyyə Mürvətova
Həqiqət Sinqapur Hindistan Bədii serial döyüş, melodram Ərturan Nəcəfi Göl, Elgiz Nəbili
İnam Sinqapur Bədii serial melodram Toğrul Rza
KakP Hindistan Bədii serial macəra, döyüş İlqar Cahangir, Turanə Hüseynli, Ərturan Nəcəfi Göl Netflix platforması üçün
Qovulmuşlar Rusiya Bədii serial tarixi dram Rövşən Kərimduxt, Hüsniyyə Mürvətova, Səmimi Fərhad, Kamran Ağabalayev, Aydan Həsənzadə, Əbdülqəni Əliyev, Cavidan Novruz, Cümşüd Zeynalov, Sənan Əlləz IVI platforması üçün
Parıltı Rusiya Bədii serial melodram Corc Qafarov IVI platforması üçün
Sərdar Hindistan Bədii film melodram Əsgər Əsgərov, Faiq Mirzəyev, Yaroslav Trifonov, Ərturan Nəcəfi Göl
Yeniçərilər Rusiya Bədii serial tarixi dram Kamran Ağabalayev, Pərviz Məmmədrzayev

Əvvəlki məqalə

ABŞ 12 Rusiya vətəndaşını sanksiyalar siyahısına əlavə edib

Sonrakı məqalə

Ukrayna Slovakiyanı məğlub edib –