Hindistan dünya qiymətlərinin artması fonunda daxili bazara nəzarəti saxlamaq üçün buğda ixracını qadağan edib.
Azpost.info xəbər verir ki, bu barədə ölkənin Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.
“Bu qərar buğdanın dünya qiymətlərində bir çox amillərin yaratdığı qəfil artımı nəzərə alaraq, daxili qiymətlərin artımına nəzarət tədbirləri çərçivəsində qəbul edilib”, – nazirlikdən bildirilib.
ABŞ Kənd Təsərrüfatı Departamenti də son dörd ildə ilk dəfə dünya buğda məhsulunun azalacağını proqnozlaşdırıb. 2022-2023-cü illər üçün dənli bitkilərin istehlakı və istehsalı üzrə proqnoza əsasən, qlobal buğda istehsalı 774,8 milyon tona qədər azalacaq ki, bu da 2021-2022-ci il mövsümü ilə müqayisədə 4,5 milyon ton azdır.
Azpost.info