Hindistan Türkiyənin BRİKS-ə üzv olmasını bloklayıb

Hindistan Türkiyənin BRİKS-ə üzv olmasına etiraz edir. 

Azpost.info bildirir ki, bu barədə keçmiş diplomat və Karnegi Beynəlxalq Sülh Fondunun Türkiyə xarici siyasəti üzrə eksperti Sinan Ülgen BILD-ə deyib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BRİKS alyansına qoşulmaq istəyir və alyansın 16-cı sammiti öncəsi üzv olmaq üçün müraciət edib.

Sinan Ülgen deyib ki, Hindistan Türkiyənin BRİKS-ə qoşulmasına mane olur. Səbəb Ankaranın Hindistana düşmən olan Pakistanla münasibətlərinin yaxşı olmasıdır.

Ülgenin sözlərinə görə, Ərdoğan Türkiyənin strateji muxtariyyətini gücləndirmək üçün Vladimir Putinin ittifaqı ilə yaxınlaşmaq istəyir. Bundan əlavə, bu, onun Aİ ilə bağlı məyusluğunu ifadə etmək üsuludur. Digər motiv siyasi prestijdir: Ərdoğan eyni vaxtda NATO və BRİKS masalarında otura biləcəyini göstərmək istəyir.

Əvvəlki məqalə

Britaniya kəşfiyyatı Ankaradakı hücumu “iyrənc terror aktı” adalandırıb

Sonrakı məqalə

Azərbaycan Prezidenti Kazanda Outreach/BRICS formatının ilk plenar iclasında çıxış edib