Hindistanda MiG-29K təyyarəsi uçuşdan qısa müddət sonra qəzaya uğrayıb. Trend-in məlumatına görə, bu barədə ölkənin HHQ-nin nümayəndəsi bildirib. Məlumata əsasən, qəzaya səbəb təyyarənin quş sürüsü ilə toqquşması olub. Bildirilir ki, təyyarə həmin vaxtda təlim uçuşunu həyata keçirirdi. Qırıcının hər iki pilotu - kapitan Şeokxand və leytenant Yadav uğurla katapultasiya ediblər.