Hulusi Akar Türkiyənin Dağlıq Qarabağda ortaq sülhməramlı missiyada təmsil olunacağını bəyan etdi

12 Noyabr 2020 - 13:14

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyənin Dağlıq Qarabağda ortaq sülhməramlı missiyada təmsil olunacağını bildirib. 

 “Anadolu” agentliyinin verdiyi xəbərə görə, H. Akar bu barədə Türkiyə Böyük Millət Məclisində Milli Müdafiə Nazirliyinin 2021-ci il üzrə büdcə müzakirələrində bildirib. 

Nazir qeyd edib ki, Türkiyə Azərbaycan, Ermənistan və Rusiya arasında əldə olunan atəşkəs razılaşmasının icra olunmasına nəzarət etmək üçün ortaq sülhməramlı missiyada təmsil olunacaq. (APA)