Hüseyn Abdullayev infarkt keçirib?- Nazirlikdən açıqlama

Hüseyn Abdullayev avqustun 2-də ürək nahiyəsində olan narahatlıqla bağlı Bakı İstintaq Təcridxanasının tibb sanitariya hissəsinə müraciət edib.

Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, həkim-kardioloq tərəfindən müayinə aparılıb, həmçinin, ürəyin elektrokardioqrafiyası, daha sonra isə exokardioqrafiyası müayinəsi nəticələrinə əsasən miokard infarkt keçirməsi təsdiqlənməyib.

“Məlumat üçün bildiririk ki, Hüseyn Abdullayevin səhhəti həkim nəzarətindədir”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, keçmiş deputat Hüseyn Abdullayevin infarkt keçirdiyi barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.