Husilər ABŞ-ın təyyarədaşıyan gəmisinə zərbə endirib

Husilər Böyük Britaniya və ABŞ-ın zərbələrinə cavab olaraq Qırmızı dənizdə Birləşmiş Ştatların “Dwight Eisenhower” təyyarədaşıyan gəmisinə hücum edib.

Azpost.info xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya bildirib.

“ABŞ və Britaniyanın təcavüzünə cavab tədbirləri çərçivəsində Yəmənin raket və dəniz qüvvələri Qırmızı dənizdə ABŞ-ın aviadaşıyıcısına qarşı birgə əməliyyat keçirib, zərbə endiriblər”, – Sariya deyib.

Azpost.info

Əvvəlki məqalə

“Rusiya müdafiə naziri Cənubi Qafqaz ölkələrinə xəbərdarlıq edib” –

Sonrakı məqalə

NATO ölkələri Ukrayna ilə bağlı 40 milyardlıq təklifə müsbət baxıblar