I Qarabağ müharibəsində itkin düşənlərin ailələrindən 793 bioloji nümunə götürülüb –QIRMIZI XAÇ

2021-ci ildə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən 90-cı illərdə münaqişə nəticəsində itkin düşmüş 316 nəfərin ailəsindən insan qalıqlarının gələcək identifikasiyalarına şərait yaratmaq məqsədilə 793 bioloji istinad nümunəsi götürülüb.

Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin 2021-ci il fəaliyyəti ilə bağlı keçirilən tədbirdə bildirilib.

Qeyd olunub ki, BQXK-nın neytral vasitəçi qismində iştirakı ilə 2020-ci ildə döyüşlərin getdiyi ərazilərdə insan qalıqlarının axtarışı və götürülməsi məqsədilə 346 əməliyyat aparılıb.

Həmçinin, 347 itkin ailəsinə psixoloji-sosial dəstək verilib, 258 itkin ailəsinə nağd pul yardımı edilib. (APA)

Əvvəlki məqalə

Şeyxülislam Fransada Avropa Şurasının sədr müavini ilə görüşüb –

Sonrakı məqalə

Müharibə başlayandan Belarusdan Ukraynaya 631 raket atılıb