Azərbaycan Respublikasında media sahəsində səmərəli fəaliyyətinə görə İbrahim Məmməd oğlu Məmmədov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Tanınmış telejurnalist İbrahim Məmmədov Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəridir.