İki ay əvvəl “Səni  axtarıram”da Nərminin nənəsi və anası kimi ittiham edib? –VİDEO

Qeyd etdiyimiz kimi, noyabrın 21-də Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşən on yaşlı Quliyeva Nərmin Şərif qızının ölümünün səbəbi və vaxtı müəyyən edilib. Onun yanmış cəsədi yanvarın 6-da axşam tapılıb.

Hüquq-mühafizə orqanlarından daxil olan məlumatda bildirilib ki, qız təxminən beş gün əvvəl öldürülüb. Mütəxəssislər N.Quliyevanın baş nahiyəsində dəmir alətlə vurulan zərbələr nəticəsində alınan beş xəsarət (bir yerdə kəllə sınıb) qeydə alıblar.

İnternetdə “Səni axtarıram” proqramının 2019-cu il noyabr ayında efirə getmiş verilişinin kadrları yayılıb. Ölkə.az-ın təqdim etdiyi verilişin videosunda noyabrın 21-də itkin düşmüş Nərminin nənəsi və anası, atası və əmisi  iştirak edib.

Verilişin reklam fasiləsində tərəflər bu itki ilə bağlı müxtəlif mövqe səsləndiriblər.

Sözgedən verilişin reklam fasiləsində çəkilmiş kadrları təqdim edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mövlud Çavuşoğlu İraqa gedir

Sonrakı məqalə

Avropa İttifaqı Şurasının prezidenti Türkiyəyə gedəcək