İki jurnalist bələdiyyə seçkilərinə qatıldı –Namizədlikləri təsdiqləndi

Bələdiyyə seçkilərinə hazırlıq prosesinin birinci mərhələsi başa çatır. Bu gün namizədlərin qeydə alınmasının sonuncu günüdür. Qeyd edək ki, bir sıra media nümayəndələri də seçikilərə qatılıb.

Onlardan biri “Cümhuriyət” qəzetinin redaktoru Elman Cəfərlidir. E.Cəfərlinin namizədliyi 34 saylı Xətai İkinci seçki dairəsindən qeydə alınıb. Modern.az-a açıqlamasında Elman Cəfərli bildirib ki, ilk dəfədir seçki yarışına qatılır, seçkilərin demokratik keçiriləcəyinə ümid edir:

“İlk dəfədir namizəd kimi seçkiyə qatılıram. Seçkiyə jurnalist həmkarlarımın təşəbbüsü ilə qatıldım. Namizədliyin qeydə alınması üçün 150 imza tələb olunurdu. İki gün ərzində tələb olunan imza sayından çox toplayaraq dairə seçki komissiyasına təqdim etdim. Əqidə dostlarım, həmkarlarım bu işdə mənə yaxından dəstək verdi. Seçkiqabağı təşviqat kampaniyası çətçivəsində seçicilərlə görüşlər planlaşdırırıq. Xətai rayonunun problemlərini bilirəm. Bu və digər məhəlli problemlərin həlli ilə bağlı dəfələrlə aiddiyyatı qurumlar qarşısında məsələ qaldırmış, bir çoxunun həllinə nail olmuşuq. Onsuz da faktiki olaraq yaşadığım ərazinin problemlərinin həllinə çalışdırdım. Xətai sakinləri 23 dekabr seçkilərində mənə etimad göstərib rayon bələdiyyəsinə üzv seçərlərsə, problemlərin həlli ilə daha yaxından məşğul olmaq imkanı yaranacaq”.

 

Bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınan jurnalistlərdən biri də “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Niyaz Niftiyevdir.  O, 10 saylı Binəqədi üçüncü Seçki Dairəsindən Binəqədi qəsəbəsi Bələdiyyəsinin üzvlüyünə namizəddir.

“Namizədliyim Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən irəli sürülüb. Bildiyiniz kimi, hər bir namizəd ilkin mərhələdə bələdiyyə üzvü seçilməlidir. Mən də bələdiyyə üzvü seçilmək üçün mübarizə aparacağam. Artıq tələb olunan imzaları toplayıb Dairə Seçki Komissiyasına təqdim etmişəm, qeydiyyata da alınmışam. Bələdiyyə üzvü seçiləcəyim təqdirdə həm mediada, həm də vətəndaş cəmiyyətində fəaliyyətimi davam etdirəcəyəm”, – N.Niftiyev Modern.az-a deyib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Baş Nazir Əli Əsədov xarici investorları Azərbaycana sərmayə yatırmağa

Sonrakı məqalə

Əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsi məqsədilə vəsait ayrıldı