Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin (BDU) əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Ölkə başçısının sərəncamı ilə BDU-nun keçmiş rektoru, akademik Abel Məhərrəmov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub. Qeyd edək ki, A.Məhərrəmov hazırda BDU-nun Üzvi kimya kafedrasının müdiridir.