İlk zəvvar qrupu Həcc ziyarətinə yola düşüb –Ən kiçik zəvvarın 11 yaşı var

İlk zəvvar qrupu Azərbaycandan Həcc ziyarətinə yola düşüb.

İlk zəvvar qrupunda 180 nəfər var.

Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri APA-ya açıqlamasında bildirib ki, ilk zəvvar qrupu 05:35-də Bakıdan təyyarə ilə yola düşüb, 08:45-də isə Səudiyyət Ərəbistanına çatacaq. Bu gün 180 nəfərlik ikinci zəvvar qrupu isə 16:35-də yola düşəcək.

Vüsal Cahangiri qeyd edib ki, ən kiçik zəvvar 2013, ən yaşlısı isə 1940-cı il təvəllüdlüdür.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna fevralın 12-dən başlanılıb. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Bu il Azərbaycandan Həcc ziyarəti üçün 1500 kvota ayrılıb.

Əvvəlki məqalə

Leyla Əliyevanın “Seçilmişlər” kitabı nəşr olunub

Sonrakı məqalə

İmran Xan dövlət sirri ilə bağlı ittihamdan bəraət aldı-