İlon Mask Trampın seçki təbliğatına hər ay 45 milyon dollar verəcək

Amerikalı milyarder İlon Mask ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki kampaniyasına dəstək üçün yaradılmış yeni siyasi komitəyə ayda təxminən 45 milyon dollar ayırmağı planlaşdırır.

Azpost.info bildirir ki, bu barədə “The Wall Street Journal” məlumatlı mənbələrə istinadən yazır.

Mənbənin sözlərinə görə, ABŞ-ın keçmiş prezidentinin seçki kampaniyasına dəstək verən siyasi komitəni “Palantir Technologies” şirkəti, həmçinin ABŞ-ın Kanadadakı keçmiş səfiri Kelli Kraft və onun “Alliance Resource Partners” şirkətinə rəhbərlik edən əri Co Kraft dəstəkləyir.

Məlumata görə, iyun ayında yaradılan yeni komitə yeni seçicilərin qeydiyyatına diqqət yetirəcək və əyalətlərdə erkən səsvermə və poçtla göndərilən bülletenləri təşviq edəcək.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.