İlon Mask Trampla bağlı məhkəmə hökmünə etiraz edib

Amerikalı milyarder İlon Mask Nyu-York məhkəməsinin andlılar heyətinin biznes sənədlərinin saxtalaşdırılması işi üzrə Donald Trampa qarşı çıxardığı hökmü şərh edib.

“Həqiqətən narahatlıq doğurur. Bütün Amerika xalqı kimin prezident olacağına qərar verməlidir”, – Mask X sosial şəbəkəsində yazıb.

Nyu-York məhkəməsinin andlılar heyəti Trampı biznes sənədlərini saxtalaşdırmaqla bağlı bütün 34 maddə üzrə təqsirli bilib. Siyasətçinin bu qərardan şikayət etmək hüququ var. Bu, onu prezident seçkilərində iştirak etmək hüququndan məhrum etmir.

Trump, porno ulduz Stormi Daniels də daxil olmaqla iki qadınla iddia edilən əlaqəsi haqqında susmaq üçün onlara ödənişlərlə bağlı ittihamlarıa üzləşib. Trampa qarşı irəli sürülən ittihamların cəminə görə mümkün olan maksimum cəza 136 il həbsdir.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.