İlon Mask tvitterdən abunə gəlirlərini artırmağı planlaşdırır

Tvitter kompaniyasının səhmdarı İlon Mask 6 il ərzində şirkətin gəlirini beş dəfədən çox artırmaq niyyətindədir.

Bu barədə “The New York Times” investorlar üçün məlumat təqdimatlarına istinadla məlumat yayıb. Məlumatda bidirilib ki, Mask 2028-ci ilə qədər tvitterin illik gəlirini 26,4 milyard dollara çatdırmağı planlaşdırır. Ötən il bu rəqəm 5 milyard dollara yaxın olub. Eyni zamanda o, reklam gəlirləri ilə abunələrdən əldə olunan vəsaitlərin nisbətini sonuncunun xeyrinə dəyişmək istəyir. Beləliklə, altı ildən sonra ödənişli abunələrdən əldə olunan gəlir 10 milyard dollara çatmalıdır.

Sahibkar, həmçinin sosial media istifadəçilərinin sayının 2028-ci ilə qədər dörd dəfədən çox artacağını – 2021-ci ilin sonundakı 217 milyon istifadəçidən altı il sonra 931 milyona çatacağını gözləyir. Eyni zamanda, Maskın planlarına görə, onlardan 104 milyonu ödənişli abunəçi olacaq.

Əvvəlki məqalə

Ukrayna ordusu Rusiyaya məxsus 14 PUA vurub

Sonrakı məqalə

Britaniya və Yaponiya ikitərəfli təhlükəsizlik sazişi imzaladı