Gəncədə bədbəxt hadisə baş verib. Hadisə Gəncə şəhəri Ə. Cavad küçəsi 68 ünvanında qeydə alınıb. Belə ki, 1978-ci il təvəllüdlü Anarə Hüseynova inək sağarkən heyvan onu vurub. Nəticədə qadın gözündən ağır zərbə alıb.Xəstəxanaya yerləşdirilən qadının sol gözü amputasiya edilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. (APA)