“İndi Rusiyaya qarşı çıxmağa ehtiyac yoxdur” –ETİBAR MƏMMƏDOV LAVROVUN SƏFƏRİNDƏN DANIŞDI

Hesab edirəm ki, mövcud durumda Rusiyaya qarşı qəti şəkildə çıxmağa ehtiyac yoxdur. Çünki bu halda Azərbaycan bir neçə cəbhədə mübarizə aparmağa məcbur olacaq”.

Azpost.info bildirir ki, bu sözləri moderator.az-a açıqlamasında AMİP lideri Etibar Məmmədov Rusiya XİN başçısının Bakıya səfərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, onsuz da Azərbaycana qarşı Avropa da, Qərbdə də, ABŞ-da da yolla bağlı təzyiqlər və rəsmi Bakıdan tələblər artır: “Həm də  10 noyabr bəyanatına əsasən Rusiyanın “sülhməramlı” kontingentinin Qarabağda mövcudluğu müddətlidir.  Azərbaycan dəfələrlə bildirib ki, həmin müddət bitəndən sonra Rusiya hərbçilərinə burada ehtiyac olmayacaq. Yəni rəsmi Bakı “sülhməramlı”ların çıxarılacağını faktiki olaraq öncədən elan edib. Bir sözlə, yeni cəbhə açmağa ehtiyac yoxdur”.

Moskva-İrəvan münasibətlərindəki gərginliyə toxunan E.Məmmədov deyib ki, Ermənistanla Rusiyanın münasibətləri pozulub və pozulmaqda davam edir: “Kremlin baş diplomatının İrəvana getməməsi də Paşinyan hakimiyyətinə bir xəbərdarlıq idi ki, sizinlə münasibətlər tam qırılmaq üzrədir. Onların düşüncəsincə, bunun da rəsmi İrəvan üçün ciddi fəsadları olacaq. Ancaq hələ ki, Ermənistan öz mövqeyini qətiləşdirməkdə, yəni Rusiyadan uzaqlaşmaqda davam edir”.

Əvvəlki məqalə

“Zəif sütunlar, keyfiyyətsiz beton, dəniz qumu, hamar dəmirlər…”

Sonrakı məqalə

AFFA İqor Ponamaryovu cəzalandırdı