İngilislər dəhşət filminin çəkildiyi bu küçədə ev almaqdan qorxurlar –

FOTO
29 Oktyabr 2021 - 10:04

Böyük Britaniyanın “Elm street” küçəsindəki evlər digərlərindən orta hesabla 70 faiz daha ucuzdur. Fərq “qatil Freddi Krüger” haqqında 1984-cü ildə çəkilmiş “A Nightmare On Elm Street” (“Qaraağac küçəsində qarabasma”) filmindən qaynaqlanır.

Bu barədə Qərbi Yorkşir Tikinti Cəmiyyətinin (YBS) ekspertləri qeyd ediblər.

Analitiklərin fikrincə, göstərilən küçədəki daşınmaz əmlak eyni ərazidə olan, lakin başqa küçədəkilərdən orta qiymətdən 42 faiz daha ucuzdur. Ən böyük xərc fərqi Darhem qraflığında görünüb.

“Elm street”dəki bir obyektin orta qiyməti 31,3 min funt-sterlinq (73,2 min manat) olsa da, digər küçələrdə eyni şəraitli mənzillərin qiyməti isə 105,5 min funt-sterlinqdir (246,7 min manat).

Mütəxəssislər insanların belə yerlərdə ev almaq istəməməsini xurafat bazarı ilə əlaqələndirirlər.

“Biz bilirik ki, qiymətlərə müxtəlif səbəblər təsir edə bilər və görünür ki, Freddi Krüger barədə franşiza indi bu siyahıya əlavə edilə bilər”, – deyə YBS-dən bildirilib.

Analitiklər qeyd ediblər ki, “Exorcist” (“Şeytan”) və “The Amityville Horror” (“Amitvill dəhşəti”) kimi məşhur qorxu filmlərində çəkilən küçələrdə isə əksinə qiymətlər nisbətən bahadır. Bildirilir ki, burdakı qiymətlər Hollivud tarixinin bir parçasına sahib olmaq istəyən kinosevərlər sayəsində belə yüksək qalır.

Qeyd edək ki, Freddi Krüger— “Qarağac küçəsində qarabasma” film seriyaları üçün uydurulmuş obrazdır. Personajın müəllifi Ues Kreyvendir.