“İnter Mayami”də Messinin təqdimatı oldu –"Bizi həyəcanlı anlar gözləyir"/FOTO

“İnter Mayami”də Lionel Messinin təqdimatı olub.

Azpost.info bildirir ki, Messinin klubla  müqaviləsi 2025-ci ilə qədərdir. 36 yaşlı argentinalı “İnter Mayami”də 10-cu nömrə altında çıxış edəcək.

Messi İnter Mayamidəki təqdimatı zamanı çıxış edib: “Mayamidə olmaqdan şadam. Klub üçün mübarizə aparmaq və onun daha da böyüməsinə kömək etmək arzusundayam. Bunun üçün əlimdən gələni etməyə hazıram! Bizi həyəcanlı anlar gözləyir”.

“Ailəmlə birlikdə bu şəhəri seçdiyimə görə şadam. “İnter Mayami” ilə hər şeyin yaxşı olacağına əminəm” – Messi bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.