“Prezidentin koronavirusla bağlı keçirdiyi müşavirədə bir çox tarixi açıqlamalar verildi”.
Bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
O bildirib ki, Azərbaycan İnvestisiya Holdinqinin yaradılmasının əsas məqsədi dövlət müəssisələrinin idarəetməsinə həsr olunub: “Dövlət müəssisələrinin idarəetməsi ilə bağlı Prezident bir çox məqamları səsləndirdi. Bu holdinqinin qısa müddətdə təşkil olunması Azərbaycanda bir çox sahədə liberallaşma prosesinin başlanması demək olacaq. Biz qeyri-neft sektorunun inkişafını prioritet kimi götürürük. Burada dövlət müəssisələrinin sayı çoxdur. Bunun nəticəsini qısa zamanda görəcəyik”. (APA)