“İqtisadi artım tikinti sektorunun hesabına olub” –EKSPERT

“Bu il ilin ilk ayında ölkədə 5%-lik iqtisadi artım əsasən tikinti sektoru hesabına olub”.
Azpost.info bildirir ki, bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev ötənilki göstəricilərin azalması fonunda bu artımı şərh edərkən bildirib.
“Tikinti sektorunda  67%-lik böyümə qeydə alınıb. 2023ü-n yanvarında sektorun böyüməsi 28% təşkil etmişdi.
Bu ilin 1 ayınn nəticələrinə görə 5%-lik böyümənin dörddə üçü məhz tikinti işləri hesabına baş verib”.
Onun sözlərinə görə, neft-qaz sektoruna investisiyaların həcmi 45%-ə yaxın artıb. (ötən ilin yanvarında 8% azalma olmuşdu).
“Sərmayələrin artımına baxmayaraq neft-qaz sektorunda hasilat azalmaqda davam edir. Bu ilin yanvarında əvvəlki ilin eyni dövü ilə müqayisədə xam neft hasilat 2,2 mln. ton (8,3% azalıb). Qaz hasilatının həcmində isə 4%-dən bir qədər çox artım qeydə alınıb”.
Əvvəlki məqalə

Avropa İttifaqı ölkələri Rusiyadan 29 milyard avro dəyərində neft və qaz alıb

Sonrakı məqalə

DİN obyektlərin, mənzillərin girişində kamera quraşdırmağı tövsiyə edir