İrəvanda qızıl və gümüş medal qazanaraq böyük nailiyyətlərini Azərbaycana həsr edən türkiyəli idmançılar – Cansu Bektaş, Qamze Altun və Nuray Güngörü Azərbaycanın Türkiyədəki Səfirliyinə dəvət olunub.
Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən APA-ya məlumat verilib.
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin və xanımı Mehriban xanım Əliyevanın təbrik məktublarını, hədiyyələrini, xoş arzularını və dəvətlərini gənc idmançı qızlarımıza çatdırdıq. Sizinlə fəxr edirik!”, – deyə bildirilib.