“Rusiya Ermənistan və Azərbaycan arasında davamlı, ədalətli sülhün əldə olunmasında hər kəsdən daha çox maraqlıdır”.
Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransı zamanı deyib.
Lavrov bildirib ki, Rusiyadan olan sülhməramlılar tərəflərlə təmasda olmaqla Laçın dəhlizində vəziyyətin nizamlanmasına çalışırlar.
Rusiya XİN rəhbərinin sözlərinə görə, Moskva mümkün qədər tez tamhüquqlu nəqliyyat əlaqələrinin bərpasının, eləcə də regionda yataqların işlənməsi ilə bağlı fikir ayrılıqlarının həllinin tərəfdarıdır: “Köhnə mövzudur, SSRİ-dən miras qalmışdır və təbii ki, onun kəskinliyini tez bir zamanda aradan qaldırmaq lazımdır”.
Azpost.info